[b]“Ronaldo nə edəcəyini yaxşı bilir” - Fernandu Santuş[/b]
30.06.2016 - 10:03
[b]“Ronaldo nə edəcəyini yaxşı bilir” - Fernandu Santuş[/b]

”Polşa yığması Xorvatiyaya bənzəyir. Müdafiədən hücuma sürətlə çıxırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

 

Pireney təmsilçisi AÇ-2016-nın ¼ final mərhələsi çərçivəsində bu gün Polşa millisi ilə üz-üzə gələcək.   

 

Matçdan öncə UEFA-nın rəsmi saytına danışan Santuş rəqib barədə müsbət fikirlər səsləndirib: “Polşa yığmasında məşqçi işi açıq-aşkar görünür. Onlarda da matçın taleyini təkbaşına həll edə biləcək futbolçular var. Rəqibin standart vəziyyətdə necə oynadıqlarını təhlil etmişik. Top bizdə olanda Polşa yığmasının boşluqlarından istifadə etməyə çalışacağıq. Ümumiyyətlə, bu komanda mənim üçün tanış rəqibdi. Yaxşı xatırlayıram, Yunanıstan yığmasının baş məşqçisi olanda AÇ-2012-nin açılış matçında məhz Polşa ilə qarşılaşmışdıq. Həmin heyətdən Blaşikovski və Levandovski kimi futbolçular indi də millidədilər. Təbii ki, həmin vaxtla müqayisədə polyaklar çox “artırıblar”. Ancaq budəfəki matçı 4 il öncəki ilə müqayisə etmək doğru olmaz. Yarımfinala çıxmaq şanslarımız bərabərdi”.
 

Santuş söhbət əsnasında Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo haqda da fikirlərini bölüşüb: “Hamı Kriştianu Ronaldonu haqda danışır, bu da başadüşüləndi. O, möhtəşəm futbolçudu. Yalnız böyük futbolçuları tez-tez müzakirə edirlər – Ronaldo, Levandovski və Noyer kimi. Bunlar Kriştianunun diqqətini yayındıra bilməz. Çünki o, nə edəcəyini yaxşı bilir”.
 

 

0