[b]“Cavab oyununa ciddi hazırlaşmaq lazımdı” – Vəli Qasımov[/b]
01.07.2016 - 00:03
[b]“Cavab oyununa ciddi hazırlaşmaq lazımdı” – Vəli Qasımov[/b]

“Topa nəzarət daha çox komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Baltsan”la qarşılaşan “Neftçi” qələbə qazanıb.

 

Paytaxt klubunun çalışdırıcısı Malta təmsilçisi üzərindəki 2:0 hesablı qalibiyyəti belə şərh edib: “Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

0