[b]AÇ-2016: “Rəqib kim olur-olsun, finala çıxacağıq” - Kriştianu Ronaldo[/b]
01.07.2016 - 14:22
[b]AÇ-2016: “Rəqib kim olur-olsun, finala çıxacağıq” - Kriştianu Ronaldo[/b]

“Bizim üçün çətin görüş oldu. Polşa 1/4 finala yaraşan oyun göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Portuqailya yığmasının kapitanı Kriştianu Ronaldo deyib.

 

Avropa çempionatının 1/4 final mərhələsində dünən gecə Polşa yığması ilə qarşılaşan Portuqaliya millisi oyunsonrası penaltilər seriyasında dəqiq oynayaraq, mübarizəni davam etdirib. Ronaldo komandasının bu qalibiyyətə daha çox layiq olduğunu düşünür: “Polşa bizə çox problem yaratdı. Amma məncə, biz daha yaradıcı və yaxşı oynadıq. Penaltilər də hər zaman lotereyadı. Biz bu zərbələrə daha yaxşı hazırlaşdıq və layiqli qələbəmizi qazandıq”.

 

Ulduz futbolçu yarımfinalda potensial rəqibləri olan Belçika ilə Uels arasında bu gün baş tutacaq qarşılaşmaya da proqnoz verib. O, istənilən halda finala vəsiqə qazanacaqlarına əmin olduğunu söyləyib: “Hər ikisi güclü komandadı. Uels əla turnir keçirir. Belçika da çox təhlükəli, eyni zamanda sürətli oynayaraq çox qol vuran komandadı. Biz bura finalda oynamaq üçün gəlmişik. Rəqibimiz kim olursa-olsun, hədəfimizə çatacağıq”.

 

Qeyd edək ki, bu gün keçiriləcək Belçika – Uels oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0