[b]Almaniyadan güclü, Serbiyadan zəif olduq - YENİLƏNİB[/b]
01.07.2016 - 22:22
[b]Almaniyadan güclü, Serbiyadan zəif olduq - YENİLƏNİB[/b]

Bu gün basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın Amsterdam şəhərlərində təşkil olunan “doqquzluğ”un A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan yığması ilk oyun günündə 2 matça çıxıb.

 

Samit Nuruzadənin yetirmələri Almaniya, Uels və Serbiya basketbolçuları ilə qarşılaşmalı olsalar da, bu oyunlardan biri başa tutmayıb. Belə ki, Almaniyanı məğlub edən yığmamız Uelslə qarşılaşmalı olsa da, britaniyalılar son anda yarışdan çəkildikləri üçün millimiz Serbiya ilə oynayıb. Görüş basketbolçularımızın 12:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

1 iyul

Almaniya - Azərbaycan – 10:21

 

15:30. Azərbaycan - Uels (ləğv olunub)

 

Serbiya - Azərbaycan - 21:12

 

Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzedən təşkil olunan komandamız sabah isə Türkiyə ilə oynayacaq.

 

Qeyd edək ki, B qrupunda Hollandiya, Rusiya, Slovakiya və İsveçrə basketbolçuları yer alıblar. Digər komandalar isə Fransa və Andorrada münasibətlərinə aydınlıq gətirirlər. Final mərhələsinə hər ölkədən 4 komanda yüksələcək. Həlledici oyunlar sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

 

0