[b]Gökhan Gönül rəsmən “Beşiktaş”da![/b]
01.07.2016 - 16:29
[b]Gökhan Gönül rəsmən “Beşiktaş”da![/b]

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırımla problemi olduğu üçün komandadan ayrılan Gökhan Gönülün karyerasını harda davam etdirəcəyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Superliqanın digər nəhəngi olan “Beşiktaş”la anlaşıb.

 

Məlumatı “Beşiktaş” klubu da təsdiqləyib. Gökhanla “qara qartal” arasında 4 illik müqavilə imzalanıb. Sözləşmənin detalları da ictimaiyyətə açıqlanıb. Razılaşmaya əsasən, Türkiyə yığmasının da formasını geyinən futbolçu “Beşiktaş”dakı ilk 2 mövsümünün hər birində 1 milyon 750 min, 2018/2019 mövsümündə 1 milyon 700 min, 2019/2020 mövsümündə isə 1 milyon 650 min avro məvacib alacaq.
 

Qeyd edək ki, Gökhan Gönül 2007-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi.

 

 

0