[b]Gürcüstan səfəri öncəsi “Qəbələ”yə 2 günlük istirahət[/b]
01.07.2016 - 18:28
[b]Gürcüstan səfəri öncəsi “Qəbələ”yə 2 günlük istirahət[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın “Samtredia” klubunu böyükhesablı (5:1) məğlubiyyətə uğradan “Qəbələ” istirahətə buraxılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk komandanı 2 gün müddətinə məşqlərdən azad edib.

 

Bu gün və sabah dincələcək “Qəbələ”nin üzvləri iyulun 3-də yenidən bir araya gələcəklər. Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı.

 

“Qəbələ”nin Gürcüstana yollanacağı tarix hələ tam dəqiqləşməyib. Bölgə təmsilçisi qonşu ölkəyə iyulun 5-də və ya 6-da səfər edəcək.

 

Qeyd edək ki, “Qəbələ”nin “Samtredia” ilə cavab qarşılaşması iyulun 7-də Zestafoni şəhərində keçiriləcək. 

0