[b]Şarapova Rio ümidi ilə vidalaşdı[/b]
11.07.2016 - 14:33
[b]Şarapova Rio ümidi ilə vidalaşdı[/b]

Rusiyalı tennisçi Mariya Şarapovanın Rio-2016-da iştirak etməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (CAS) məsələylə bağlı qərar verəcəyi günü açıqlaması səbəb olub.

 

Belə ki, qurum Şarapova məsələsində qərarın sentyabrın 19-da veriləcəyini açıqlayıb. Bu da gələn ay keçiriləcək Olimpiadadan sonraya təsadüf edəcək.

 

Orada veriləcək qərar Mariyanın lehinə olsa belə, idmançının Rioya getməyəcəyi indidən bəllidi. Çünki CAS-ın qərarına qədər isə Beynəlxalq Tennis Federasiyasının cəzası qüvvədə qalacaq. Bu qurum isə meldonidən bilərəkdən istifadə etməkdə təqsirli sayılan tennisçini 2 illik yarışlardan kənarlaşdırıb. Bu cəza yanvarın 26-dan hesablanır.

 

Qeyd edək ki, öncədən CAS-ın iyulun 18-dək qərar çıxaracağı gözlənilirdi. Yubanmaya səbəb araşdırmalara daha çox vaxtın lazım gəlməsi olub.

0