[b]Avropa çempionatının finalı azərbaycanlı hakimə tapşırıldı[/b]
22.07.2016 - 12:30
[b]Avropa çempionatının finalı azərbaycanlı hakimə tapşırıldı[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha bir beynəlxalq oyuna təyinat alıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək.

 

Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gələcək.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

0