[b]“Uğur qazanmamağımız mümkün deyil” – “Şkendiya”nın müdafiəçisi[/b]
22.07.2016 - 14:07
[b]“Uğur qazanmamağımız mümkün deyil” – “Şkendiya”nın müdafiəçisi[/b]

“Neftçi” ilə iki əla oyun keçirdik. Həm səfərdə, həm də ev qarşılaşmasında çox yaxşı oyun nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Şkendiya” klubunun futbolçusu Blaqoje Todorovski deyib.

 

31 yaşlı müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə qarşılaşmasındakı 1:0 hesablı qələbənin sirrini açıqlayıb. O bildirib ki, uğurun əsas səbəbi baş məşqçinin tapşırıqlarının yerinə yetirilməsidi: “Biz baş məşqçimizin tapşırığına uyğun oynadıq. Belə vəziyyətdə uğur qazanmamağımız mümkün deyil. Elə bu üzdən də layiq olduğumuz qələbəni əldə edib, mübarizəni davam etdirəcəyik. Zəif rəqib olmur. Ona görə də indidən “Mlada Boleslav”la görüşlərin də “Krakoviya” və “Neftçi” ilə olduğu kimi çətin olacağını deyə bilərəm”.

 

Qeyd edək ki, Bakıda qolsuz heç-heçəylə ayrılan komandaların cavab matçının taleyini 1 qol həll edib. 31-ci dəqiqədə vurulan qol makedoniyalıları növbəti mərhələyə daşıyıb.

0