[b]"Bu xəbəri eşidəndə bir qədər şoka düşdüm" - Əliyar Ağayev[/b]
22.07.2016 - 16:49
[b]"Bu xəbəri eşidəndə bir qədər şoka düşdüm" - Əliyar Ağayev[/b]

“Bu təyinat ölkəm üçün şərəfli və qürurlu məqamdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.

 

19 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatında final matçına təyinat alan Ağayev UEFA-nın rəsmi saytına danışıb.

 

İtaliya və Fransa arasındakı həlledici görüşü idarə edəcək Əliyar bu təyinatın onun üçün gözlənilməz olduğunu bildirib: “Bu xəbəri eşidəndə bir qədər şoka düşdüm. Hakimlər istəyirlər ki, həmişə ən yaxşısını əldə etsinlər. Finalın idarə etmək turnirin ilk günündən məqsədim idi. Belə bir şans əldə etdiyim üçün o qədər xoşbəxtəm ki. Bu, müasir Azərbaycan hakimliyinin böyük nailiyyətidi”.

 

Turnirlə bağlı da fikirlərini bölüşən Əliyar Ağayev bildirib ki, bundan sonra qarşısına daha böyük oyunları idarə etmək məqsədi qoyacaq: “Almaniya böyük futbol ölkəsi sayılır. Təşkilatçılıq yüksək səviyyədə idi, əla stadionlar var. Belə böyük auditoriya qarşısında oyun idarə etmək xoşdu. Mən bu turnirdə yeni şeylər öyrəndim. Hakim-inspektorlar çox təcrübəlidilər. Onlara sual verəndə bacardıqları qədər bizə kömək edirlər. Bu, bizim üçün çox vacibdi. Turnirdən öncə çox məsləhət almışdım. Çünki bu, mənim üçün fərqli səviyyəli yarış idi. İstəyirdim ki, gördüyüm işdən həzz aldım, elə də oldu. Bu, turnirin ən böyük oyunudu, amma ümid edirəm ki, mənim üçün sonuncu belə oyun deyil. Məqsədim bundan sonra idarəçiliyimi daha da yaxşılaşdırmaq və gələcəkdə daha böyük oyunları idarə etmək şansı qazanmaqdı.

 

Qeyd edək ki, 28 yaşlı hakim 2013-cü ildən FİFA referisi adını daşıyır.

0