Əliyar Ağayev İtaliya millisinə “5” verdi
25.07.2016 - 09:00
Əliyar Ağayev İtaliya millisinə “5” verdi

19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Almaniyada keçirilən turnirin həlledici görüşündə Fransa ilə İtaliya üz-üzə gəlib.

 

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayevin idarə etdiyi görüşdə Fransa qalib gəlib – 4:0. Hər hissədə 2 qol vuran qitə çempionuna 2 sarı vərəqə göstərən həmyerlimiz apenninlilərə 5 xəbərdarlıq edib.

 

Qeyd edək ki, finalın da baş hakimi olan Ağayev AÇ-nin 5 matçında iştirak edib. Üç qarşılaşmada baş hakim olan təmsilçimiz iki dəfə dördüncü referi funksiyasını yetirə yetirib.

0