[b]Azərbaycan klublarının uğur qazandığı turnir ləğv edildi[/b]
25.07.2016 - 11:01
[b]Azərbaycan klublarının uğur qazandığı turnir ləğv edildi[/b]

Ənənəvi “Birlik kuboku” turniri tarixin yaddaşına köçüb. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının prezidenti və idman naziri Vitali Mutko açıqlayıb.

 

O bildirib ki, 1993-cü ildən Rusiyada keçirilən turnir rəsmən ləğv edilib. Bu addımın atılmasına səbəb yarışın maraq kəsb etməməsi, əvvəlki qədər aktual olmamasıdı.

 

1993-2011-ci illərdə MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən, 2012-15-ci illərdə gənclərdən ibarət yığmaların mübarizə apardığı turnirdə Azərbaycan klubları da uğurla çıxış edib. Çempionların mübarizə apardığı illərdə “Neftçi” (2006), “Xəzər Lənkəran” (2008) və “İnter” (2011) “Birlik kuboku”nun qalibi olub. Yığmaların mübarizəyə başladığı 2012-ci ildən sonra isə ölkəmiz turnirdə təmsil olunmayıb.

 

Mutko yeniyetmələrdən ibarət Azərbaycan yığmasının da qatıldığı Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin davam etdiriləcəyini bildirib.

0