“Taleyimiz bu oyunlardan asılı deyil”
25.07.2016 - 18:06
“Taleyimiz bu oyunlardan asılı deyil”

“Viktoriya”nın Çempionlar Liqasının qrupuna düşməməsinin müflisləşməklə nəticələnəcəyi iddiaları həqiqəti əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş meneceri Adolf Sadek deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq Plzen klubunun rəsmisi bildirib ki, bu oyunlar komandanın gələcəyinə ciddi təsir etməyəcək. Sadek maliyyə vəsaitlərinin təkcə avrokuboklardakı mükafatlar hesabına əldə edilməsiyini vurğulayıb: “Taleyimiz bu yarışdakı oyunlardan asılı deyil. Uğursuzluq bəzi oyunçuların transferə çıxarılıb, bəzilərinin qazancına təsiri haqda yayılan xəbərlər də həqiqətdən uzaqdı. “Viktoriya”nın balanslaşmış büdcəsi var və avrokuboklardan gələn qazanc hesabına təşkil olunmayıb. Qrupa düşmək bizə idman baxımından inkişaf etmək, Çexiya futbolunun yüksək standartını qorumaq imkanı verəcək”.

 

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk matçda sabah Plzendə keçiriləcək.

0