[b]Azərbaycanda “gümüş” qazandı, LKS-ə keçdi - FOTO[/b]
26.07.2016 - 17:00
[b]Azərbaycanda “gümüş” qazandı, LKS-ə keçdi - FOTO[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Telekom” Lusi Mulsteynova ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin yayından Bakı klubunda oynayan 32 yaşlı toppaylayıcı karyerasını Polşada davam etdirməyə qərar verib.

 

Çexiya millisinin voleybolçusu Lodzun LKS klubu ilə müqavilə imzalayıb. Karyerası ərzində Slovakiyada “Doprastav” (2007/08), Polşada “Bialistok” (2008/09, 2011/12), “Tauron” (2010/11), “Ximik” (2012-14) və “Aluprof” (2014/15), Yunanıstanda “Olimpiakos” (2009/10) klublarında çıxış edən Mulsteynova yeni komandası ilə bir illik anlaşıb.

 

Qeyd edək ki, Lusi 2012-ci ildə Çexiya millisi ilə Avropa Liqasının qızıl medalına yiyələnib.

0