[b]“Beşiktaş”ın təklifinə Etodan müsbət cavab[/b]
27.07.2016 - 11:01
[b]“Beşiktaş”ın təklifinə Etodan müsbət cavab[/b]

“Beşiktaş”da oynamaq istərdim. Təki şərtlər uyğun olsun”. Apasport.az saytı “Milliyet”ə istinadən xəbər verir ki, bu sözləri “Antalyaspor” klubunun futbolçusu Samuel Eto deyib.

 

“Beşiktaş”ın prezidenti Fikrət Orman bu günlərdə keçirdiyi mətbuat konfransında kamerunlu hücumçunu klubunda görmək istədiyini açıqlamışdı.

 

Bununla bağlı fikir bildirən Eto “qara qartal”da oynamasının mümkün olduğunu qeyd edib. O, menecerinə İstanbul klubunda nizam-intizam məsələsi ilə bağlı problem yaşamayacağını çatdırıb: “Mən “Barselona”, “İnter” və “Çelsi” kimi klublarda oynamış futbolçuyam. Onların hər birində nizam-intizam ön plandadı. Açığı, futbolçu Çempionlar Liqasında daha 1 dəfə çıxış etdikdən sonra buraxmaq istərdim. Bu səbəbdən “Beşiktaş”da oynamaq istəyirəm”.

 

Qeyd edək ki, 1997-2014-cü illər ərzində Kamerun yığmasında oynamış Eto millidə 118 oyunda 56 qola imza atıb

 

0