[b]“Ona imkan verməməliyik” – Nuqzar Kvirtiya[/b]
27.07.2016 - 13:25
[b]“Ona imkan verməməliyik” – Nuqzar Kvirtiya[/b]

“Məşqlərimizi davam etdiririk. AZAL-ı yeni mövsümə hazır saymaq olar”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun futbolçusu Nuqzar Kvirtiya deyib.

 

“Təyyarəçilər” Topaz Premyer Liqasının 2016/2017 mövsümünə “Neftçi” ilə oyunla start verəcəklər.

 

Avqustun ilk həftəsində baş tutacaq qarşılaşma ilə bağlı danışan Kvirtiya meydana qələbə üçün ayaq basacaqlarını bildirib. Gürcüstanlı yarımmüdafiəçi ötən mövsümkü səhvlərdən nəticə çıxardıqlarını qeyd edib: “Ötən mövsüm “Neftçi” ilə oyunlarımız çox maraqlı alındı. Ümid edirəm ki, indi də elə olacaq. Yeni mövsümə yaxşı nəticə ilə başlamaq istəyirik. Ötən mövsüm ilk 5 turda qələbə üzünə həsrət qaldıq. Hətta qol da vura bilməmişdik. Həmin oyunlardakı səhvləri analiz edib, bu dəfə ona imkan verməməliyik”.

 

Rail Məlikovun yay fasiləsində “Sumqayıt”a keçidinə toxunan Kvirtiya onun yoxluğunu unutdurmağın asan olmadığını deyib: “Rail çox təcrübəli futbolçu və əsl kapitandı. O, komandanın lideri idi. Təbii ki, bu cür oyunçuları əvəz etmək çox çətindi. Biz ondan çox şey öyrənmişik. Ancaq bununla kifayətlənmək olmaz. Hazırkı heyətdə Tural, Emin, Kamil və Qvanzav kimi müdafiəçilərimiz var, onlar da özlərini yaxşı tərəfdən göstərirlər”.

0