[b]“Bu heç-heçə bizim üçün tarixi nəticədi” – Roman Qriqorçuk[/b]
28.07.2016 - 23:32
[b]“Bu heç-heçə bizim üçün tarixi nəticədi” – Roman Qriqorçuk[/b]

“Burda imza atdığımız heç-heçə komandanın səviyyəsi, klubun imici, reytinqi baxımından bizim üçün tarixi nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “qırmızı-qaralar” səfərdə “Lill”lə heç-heçə ediblər – 1:1.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk bunları deyib: “Hesabdan razıyıq. Komandanın adından demək istəyirəm ki, bu nəticəni Cavid Hüseynova sərf edirik”.

 

- Oyundan öncə demişdiz ki, “Lill”in matça 70 yox, 30 faiz hazır olmasını istərdiniz. öZ meydanınızda keçiriləcək cavab görüşündə qələbəyə inanırsızmı?

- İndi istəyirəm ki, “Lill” bizimlə oyuna 15 faiz hazır olsun (gülür). Təbii ki, komandama inanıram. Bizdən nə asılıdısa, hamısını etməyə hazırıq. Özümüzə əminlik ondan irəli gəlir ki, istədiyimiz nəticəyə imza ata biləcəyimizi dərk edirik. 1 həftə vaxtımız var. Növbəti həftə daha yaxşı formada olacağıq.

 

- İlk hissəyə yaxşı başlasanız ki, ikinci hissədə “Qəbələ”nin oyununda eniş müşahidə olundu. Bu hala ötən mövsüm “Borussiya” və “Krasnodar”la görüşlərdə də rast gəlmişdik...

- Təcrübə oyundan-oyuna artır. Yenə təkrar edirəm ki, “Lill” sürətli oyunçulara malik komandadı. Bu cür sürətə qarşı gərək eyni sürət tətbiq edəsən. Ya da oyunu taktiki cəhətdən düzgün qurmalısan. Təbii ki, bu, rəqibin güclü “silah”ıdı.   

0