[b]“Rəqibi yenidən təhlil etməliyik” – Rayan Mendeş[/b]
29.07.2016 - 01:05
[b]“Rəqibi yenidən təhlil etməliyik” – Rayan Mendeş[/b]

“İlk yarıda “Qəbələ” bizdən üstün futbol oynayırdı. Onlar daha soyuqqanlı davranırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu Rayan Mendeş deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə evdə keçirilən ilk oyunu haqda fikirlərini açıqlayan futbolçu bərabərlik qolunu vurduğu qarşılaşmanı (1:1) dəyərləndirib: “Fasilədən sonra daha böyük istəklə meydana çıxdıq. Nəticədə dərhal qol da vurduq. Ardınca 2-ci dəfə də fərqlənə bilərdik. Bizi çətin cavab oyunu gözləyirəm. Bu matçadək rəqibi yenidən təhlil etməliyik. Bakıya qələbə üçün yollanacağıq”.

 

0