Rio-2016: Medal qazanmaqdan doymayanlar
13.08.2016 - 15:15
Rio-2016: Medal qazanmaqdan doymayanlar

Rio-2016-da ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəlin ön pillələrində üzgüçülər qərarlaşıb.

 

Zirvədə isə amerikalılar yer alıb. Əfsanəvi Maykl Felps kişilərin, Kati Ledeki isə qadınların yarışında 5 medal əldə edib. Onların hər ikisinin qazancı 4 qızıl və 1 gümüşdən ibarətdi.

 

Macarıstanlı Katinka Hoszu isə 3 qat çempiondu. O, 3 qızıldan başqa, 1 gümüş də əldə edib.

 

2 qızıl, 1 gümüş və 1 bürünc qazanan amerikalı Medelin Dorado da 4 dəfə fəxri kürsüyə qalxıb.

 

Eyni sayda uğura malik kanadalı Penni Oleksyak isə 1 qızıl, 1 gümüş və 2 bürüncə sevinib.

0