[b]Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
15.08.2016 - 03:28
[b]Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Rio Olimpiadasında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçiriblər.

 

Rinqə ilk olaraq Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.

 

Gecənin ikinci döyüşündə isə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Təssüf ki, medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.

0