[b]“Azərbaycan boksçusu qızıl medala əsas namizəd sayılır” – dünya çempionu[/b]
15.08.2016 - 12:38
[b]“Azərbaycan boksçusu qızıl medala əsas namizəd sayılır” – dünya çempionu[/b]

“Üzərimdə cüzi təzyiq hiss edirəm. İnsanların məndən bir tələbi yoxdu və heç kim medal qazana biləcəyimi proqnozlaşdırmır”. Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının qadın boksçusu Keyti Teylor deyib.

 

Braziliyada keçirilən Yay Olimpiya Oyunları çərçivəsində bu gün 60 kq çəki dərəcəsində qadın boksçular mübarizəyə qoşulacaqlar. İlk olaraq rinqə məhz dünya çempionu Teylor çıxacaq. 1/4 final mərhələsində finlandiyalı Mira Potkonenlə döyüşəcək 30 yaşlı idmançı öz ölkəsinin mətbuatına açıqlamasında medal şanslarını dəyərləndirib.

 

Teylor bu çəkidə Azərbaycanı təmsil edən Yana Alekseyevnanın adını xüsusi vurğulayıb. O, idmançımızın qızıl medal qazanmaq şansının yüksək olduğunu düşünür: “Zəif hesab edilməyim məni öz hədəfimdən yayındırmır. Bilirəm ki, bu çəkidə çox güclü boksçular var. Xüsusən də, azərbaycanlı Yana Alekseyevna və fransalı Estelle Mosselinin adını qeyd etməliyəm. Onlar bu çəkidə qızıl medala əsas namizəd sayılırlar. Ancaq bu məni qorxutmur. Qalib rinqdə müəyyən edilir, bunun üçün də döyüşmək lazımdı”.

 

Qeyd edək ki, Yana Alekseyevna bu gün 1/4 final mərhələsində çinli Cuna Yinlə qarşılaşacaq. Bu döyüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

0