[b]Rio-2016: Biletlərin 12 faizi satılıb[/b]
20.08.2016 - 16:53
[b]Rio-2016: Biletlərin 12 faizi satılıb[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarından fərqli, Paralimpiya Oyunlarına maraq azdı. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filipp Kreyven deyib.

 

O bildirib ki, Rio-de-Janeyroda keçiriləcək yarışların startına çox az vaxt qalsa da, bilet satışı olduqca zəif gedir. Belə ki, çoxdandı satışa çıxarılan 2 milyon 400 min biletdən hələlik cəmi 300 mini satılıb. Bu isə 12 faizlik göstərici deməkdi.

 

Kreyven Paralimpiya Oyunlarına 56 illik tarixində hələ belə az marağın olmadığını bildirib: “İlk dəfədi belə ciddi problemlə üzləşirik. İnanıram ki, bu say yarışın start günü çox olacaq”.

 

Qeyd edək ki, Rio Paralimpiya Oyunları sentyabrın 7-də başlayıb, 18-nə qədər davam edəcək.

0