[b]Elxan Məmmədov məşqçilərlə görüşdü - FOTO[/b]
22.08.2016 - 16:27
[b]Elxan Məmmədov məşqçilərlə görüşdü - FOTO[/b]

Bu gün AFFA-nın inzibati binasında növbəti görüş keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernhard Lippertlə ilə görüşüb.

 

Əsasən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb. Həmçinin komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.

 

Qeyd edək ki, U-17 millimiz “Prezident kuboku”nu 5-ci pillədə başa vurub.

0