İlin ən yaxşı baş məşqçisi seçildi
23.08.2016 - 18:34
İlin ən yaxşı baş məşqçisi seçildi

Türkiyə Peşəkar Futbolçular Dərnəyi ölkədə ilin ən yaxşı baş məşqçisini seçib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəş bu ada layiq görülüb.

 

“Ağ-qaralar”ın 2015-16 mövsümünü ölkə çempionu kimi qapaması 64 yaşlı mütəxəssisin də mükafatlandırılmasına səbəb olub. Bu, həm də Şenol Günəşin məşqçi kimi ilk Türkiyə çempionluğu olub.

 

Qeyd edək ki, Şenol Günəş “Beşiktaş”ın “sükanı arxası”na ötən il keçmişdi.

0