[b]“Onun çempion olmasını çox istəyirdim” - Zemfira Meftahətdinova[/b]
24.08.2016 - 09:47
[b]“Onun çempion olmasını çox istəyirdim” - Zemfira Meftahətdinova[/b]

“Hamını təbrik edirəm. Rioda olimpiyaçılarımız çox böyük uğur qazandılar”. Apasport.az saytının məlumatına görə, bunu Olimpiya çempionu Zemfira Meftahətdinova deyib.

 

Sidney-2000-in stend atıcılığı yarışında rekordla fəxri kürsünün ən yüksək pilləsinə qalxan həmyerlimiz Olimpiya yığmamızın Rio-2016-da çıxışını dəyərləndirib. O bildirib ki, idmançılarımızın Braziliyada 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanması uğurlu nəticədi: “18 medal çox böyük uğurdu. İdmançılarımızın Tokio Olimpiadasında da bayrağımızın yüksəklərə qaldıracağına ümid edirəm”.

 

Meftahətdinova güləşçimiz Mariya Stadnikin finalda uduzmasına məyus olduğunu da gizlətməyib. Onun sözlərinə görə, xanım idmançımız kimi digərləri də daha yüksək əyarlı medalın bir addımlığında olsa da, həlledici anda büdrəyib: “Mariya Stadnik favoritlərimdən idi. Onun çempion olmasını çox istəyirdim. Amma alınmadı, bu idmandı. Rəsul Çunayevlə Xetaq Qazyumov da çempionluğa layiq idi. Lakin son anda qələbəni əldən verdilər. Onlarla yanaşı, digər idmançılarımız da qızıl almaq gücündə idi”.

0