[b]“Maribor”un futbolçusu: Bu vəzifənin də öhdəsindən gəlmək iqtidarındayıq[/b]
24.08.2016 - 17:09
[b]“Maribor”un futbolçusu: Bu vəzifənin də öhdəsindən gəlmək iqtidarındayıq[/b]

“Qəbələ”yə qarşı keçirəcəyimiz matçı mövsümün oyunu adlandırardım. Çox yüksək əhval-ruhiyyədəyik”. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək qarşılaşmada “Qəbələ”nin rəqibi olan “Maribor”un futbolçusu Dare Vrşiç deyib.

 

Oyun ərəfəsində keçirilən mətbuat konfransında fikirlərini açıqlayan futbolçu bildirib ki, komandası cavab matçına əla hazırlaşıb: “İlk oyunda nəyi yaxşı etdiyimizi, nəyi isə düzəltməli olduğumuzu yaxşı bilirik. Biz bu mərhələni keçəcəyimizi inanırıq və yalnız müsbət nəticə haqda düşünürük. Bu hədəf gücümüzə görədi. Rəqib üstünlüyünü qorumaq üçün oynasa, buna təəccüblənməyə dəyməz. Lakin “Maribor” böyük problemlərə və onların həllinə adət etmiş klubdu. Azarkeşlərimizin dəstəyi ilə bu vəzifənin də öhdəsindən gəlmək iqtidarındayıq. Fanatlarımızın səsləndirəcəyi mahnı və şüarlar bizə əlavə stimul verəcək”.

 

Qeyd edək ki, Bakıda keçirilən ilk matçda “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.

0