[b]“Qarabağ” və “Qəbələ”nin növbəti mərhələ şansları açıqlandı[/b]
25.08.2016 - 10:10
[b]“Qarabağ” və “Qəbələ”nin növbəti mərhələ şansları açıqlandı[/b]

“Topaz” Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün meydana çıxacaq “Qarabağ” və “Qəbələ”nin də qarşılaşmalarına pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Bakıda oynayacaq Ağdam təmsilçisini aşkar favorit sayır. Qurban Qurbanovun yetirmələrinin “Höteburq”la matçda qələbəsini 1,40, məğlubiyyətini 6,50 əmsalla qiymətləndirib. Oyunun heç-heçə bitməsi 3,60 əmsaldı.

 

“Maribor” – “Qəbələ” duelində isə ev sahibləri şanslı sayılır. Onların qalib gəlməsinə 1,90, Roman Qriqorçukun yetirmələrinin ilk görüşdəki uğuru təkrarlamasına 3,20 əmsal verilib. Qarşılaşmanın “sülh”lə yekunlaşması isə 3,15 əmsaldı.

 

Qeyd edək ki, “Qarabağ” ilk matçda 0:1 hesabı ilə uduzduğu halda, “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.

0