[b]“Mançester Yunyted”lə qarşılaşsanız, onları...” – Yorgen Lennartson[/b]
25.08.2016 - 22:47
[b]“Mançester Yunyted”lə qarşılaşsanız, onları...” – Yorgen Lennartson[/b]

“Qarabağ” çox yaxşı komandadı, əla oyunçuları var. Onları təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Höteborq”un baş məşqçisi Yorgen Lennartssona məxsusdu.

 

Avropa Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”ın qonağı olan İsveç klubu meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

 

İlk matçda 1 topla qalib gələn “Höteborq” bununla da avrokuboklarla vidalaşıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Lennartssonun məğlubiyyətə belə şərh verib: “Bu gün “Qarabağ” güclü idi. Qalibiyyətə layiq idi. Rəqibin çox keyfiyyətli oyunçuları var. Əslində, matça yaxşı başlamışdıq. Lakin künc zərbəsindən buraxılan qoldan sonra oyunun sürətinin artmasının qarşısını ala bilmədik. Sizin 20 nömrəli futbolçunuz (Riçard Almeyda) Premyer Liqada da oynaya bilər”.

 

- Meydançanın durumu oyununuza təsir etdimi?

- Hər iki komanda üçün eyni səviyyədə problem yaratdı. Bundan şikayət edə bilmərəm.

 

- Dünən əhvalınız yaxşı idi. İndi necəsiniz?

- Bu gün məğlub olduğumuz üçün üzgünəm. Amma yaxşı komandaya uduzanda, bunu qəbul etmək lazımdı.

 

- Oyundan əvvəl belə nəticə gözləyirdinizmi?

- Ümid edirdik ki, növbəti mərhələyə biz keçəcəyik. Amma erkən vurulan 2 qol planlarımızı pozdu. Avropa Liqasının qrupunda komandanıza uğurlar. “Mançester Yunyted”lə qarşılaşsanız, onları... (əli ilə biədəb işarə göstərib, gülür). Özünüz bildiz də?

 

0