[b]“Qarabağ” üçün ikinci İtaliya klubu[/b]
26.08.2016 - 16:20
[b]“Qarabağ” üçün ikinci İtaliya klubu[/b]

“Fiorentina” avrokuboklarda Azərbaycan klubu ilə qarşılaşacaq 2-ci İtaliya təmsilçisi olacaq. Apasport.az saytının məlumatına görə, bunadək yalınız “İnter”in yolu komandalarımızla kəsişib.

 

Milan klubu 2012/13 və 2014/15 mövsümlərində Avropa Liqasının qrupunda təmsilçilərimizə rəqib olub. 4 il öncə “Neftçi”ni Bakıda 3:1 yenən “İnter” evdə 2:2 hesablı heç-heçə ilə kifayətlənib.

 

2014-cü ildə isə “Qarabağ” səfərdə 2 cavabsız qolla uduzduqdan sonra Bakıda 0:0-la kifayətlənib. Lakin həmin görüşdə Ağdam klubunu qələbəsinə hakimin son dəqiqədəki qolu saymaması mane olub.

 

Beləliklə, İtaliya klubları ilə 4 görüşdə 2 dəfə uduzub, 2 heç-heçə edən komandalarımız qələbəyə həsrət qalıb. Futbolçularımızın 3 qoluna appeninlilər 7-si ilə cavab verib.

0