[b]Azərbaycan və Almaniya klubları: 2:16[/b]
26.08.2016 - 17:29
[b]Azərbaycan və Almaniya klubları: 2:16[/b]

Avropa Liqasının qrupunda Almaniyanın “Mayns” klubu ilə görüşəcək “Qəbələ” sindromu qırmalıdı. Apasport.az saytının məlumatına görə, indiyədək Azərbaycan klubları Bundesliqa təmsilçilərindən xal ala bilməyib.

 

Belə ki, avrokuboklar çərçivəsində baş tutan əvvəlki 6 matçın hamısında almaniyalılar qalib gəlib. “Qəbələ”nin özü də bununla üzləşib.

 

Əyalət klubu ötən mövsüm qrupda Dortmund “Borussiya”sına 2 dəfə uduzub – 1:3, 0:4. Sonuncular “Qarabağ”ı da udmağa nail olub. Bu, 2010-cu ildə qeydə alınıb – 4:0, 1:0. Ağdamlılar 3 il sonra “Ayntraxt”a da yenilib – 0:2, 1:2.

 

6 dəfə qarşılaşıb, hamısında yenildiyimiz görüşlərdə Almaniya futbolçuları 16, bizimkilər isə cəmi 2 qol vurub.

0