[b]“Qarabağ” - PAOK: Yenə heç-heçə olacaq?[/b]
26.08.2016 - 18:16
[b]“Qarabağ”  - PAOK: Yenə heç-heçə olacaq?[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK ardıcıl 2-ci mövsüm Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi 1 il əvvəl “Qəbələ” ilə eyni qrupda yer alıb.

 

Həmin vaxt hər iki matç qolsuz bitib.

 

Ümumiyyətlə, Azərbaycan və Yunanıstan klublarının indiyədək qarşılaşdığı bütün matçlarda bərabərlik qeydə alınıb. 6 matçdan 3-ü 0:0, 2-si 1:1, 1-i 2:2 nəticələnib.

 

2012-ci ildə “İnter” “Asteras”la 1:1 hesabı ilə başa çatan iki oyundan sonra penaltilər seriyasında uduzub – 2:4.

 

Ötən il qrupda PAOK-la üz-üzə gələn “Qəbələ” bunadək pley-offda “Panatinaikos”u səfər qolu ilə yenmişdi – 0:0, 2:2.

0