[b]Cüzeppe Rossi “Qarabağ”la oyunda iştirak etməyə bilər[/b]
27.08.2016 - 13:09
[b]Cüzeppe Rossi “Qarabağ”la oyunda iştirak etməyə bilər[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” aparıcı futbolçusunu itirə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Cüzeppe Rossinin başqa kluba keçidi gündəmdədi.

 

Belə ki, Rossi karyerasını yenidən İspaniyada davam etdirməyə hazırlaşır. 29 yaşlı forvard “Selta” ilə razılıq əldə edib. Viqo təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Rossinin “Fiorentina” ilə anlaşma müddəti gələn ilin yayına qədər olduğundan, ispanlar hücumçunu həmin vaxt azad agent kimi birdəfəlik heyətə cəlb etməyi planlaşdırırlar. Bu keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

 

İtaliya millisinin üzvü 2007-2013-cü illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.

 

Qeyd edək ki, "Fiorentina" qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 29-da "Qarabağ"ı qəbul edəcək.

0