İtaliya yığmasında 105 il sonra bir ilk
28.08.2016 - 00:28
İtaliya yığmasında 105 il sonra bir ilk

İtaliya milli komandasının sentyabrın 1-də Fransa ilə yoldaşlıq və sentyabrın 5-də İsraillə DÇ-2018-in seçmə mərhələ oyunu üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmaya dəvət alan oyunçular arasında “Milan”ın qapıçısı Canluici Donnarummanın da olması ortaya maraqlı məqam çıxarıb.

 

Belə ki, hazırda 17 yaşında olan qapıçı 1911-ci ildən bu yana milli komandaya dəvət alan ən gənc oyunçudur. Daha əvvəl aşağı yaş qruplarında çıxış etsə də, bu, “Milan”ın çərçivə qoruyucusu üçün əsas millidə ilk sınaq olacaq.

 

Maraqlıdır ki, hazırda Donnarumma ilə birlikdə yığmanın düşərgəsində olan əfsanəvi qapıçı Canluici Buffon ilk dəfə əsas komandanın formasını geyinərkən (1997) gənc qapıçı hələ doğulmamışdı.

0