[b]Serxio Aquero Mançester derbisini buraxa bilər - FOTO[/b]
29.08.2016 - 12:14
[b]Serxio Aquero Mançester derbisini buraxa bilər - FOTO[/b]

“Mançester Siti”nin qol “silahı” Serxio Aquero diskvalifikasiyaya məruz qala bilər. Apasport.az saytı xəbər verir ki, buna səbəb argentinalının “Vest Hem”lə (3:1) dünən keçirilən qarşılaşmadakı hərəkətidi.

 

Belə ki, Aquero Premyer Liqanın III turu çərçivəsində evdə baş tutan matçın gedişində rəqibin müdafiəçisi Uinston Ridə zərbə vurub. Həmin epizod hakimlərin gözündən qaçsa da, yerli Nizam-İntizam Komitəsi məsələni müzakirəyə çıxarmaq qərarına gəlib. Əgər komitə 28 yaşlı forvardı günahkar bilsə, onu ən azı 1 oyunluq diskvalifikasiya edəcək. Bu isə Aqueronun IV turda Mançester derbisini buraxmasına səbəb olacaq.

 

Qeyd edək ki, “Mançester Yunayted” – “Mançester Siti” oyunu sentyabrın 9-da keçiriləcək.

0