[b]“Qəbələ”nin rəqibindən 10 milyonluq transfer[/b]
29.08.2016 - 19:25
[b]“Qəbələ”nin rəqibindən 10 milyonluq transfer[/b]

“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən “Anderlext” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “bənövşəyilər” rumıniyalı oyunçu Nikolae Stansiunu transfer edib.

 

“Styaua”dan alınan hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro ödənib. Onunla 5 illik anlaşma imzalanıb.

 

Qeyd edək ki, 2013-cü ildən Buxarest təmsilçisinin heyətində çıxış edən 23 yaşlı oyunçu bu müddətdə 90 oyunda meydana çıxıb və 24 qol vurub. O, Rumıniya millisi ilə də 7 matçda fora geyinib və 4 dəfə rəqib qapıçıları məyus edib.

0