[b]Bakı-2016: Əsas yığmalarımız Rumıniyaya qarşı - YENİLƏNİR[/b]
05.09.2016 - 01:40
[b]Bakı-2016: Əsas yığmalarımız Rumıniyaya qarşı - YENİLƏNİR[/b]

Bu gün Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasında IV turun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, kişi və qadınlardan ibarət millilərimiz də növbəti oyunlarına çıxacaqlar.

 

Kişilərdən ibarət əsas komandamız Rumıniya ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Beynəlxalq Sərbəst Şahmatçılar Assosiasiyasının komandası (İBCA) olacaq. Üçüncü millimiz isə Türkmənistanı sınağa çəkəcək.

 

Zərif zəka sahiblərimizin də əsas komandasının rəqibi Rumıniya olacaq. Qadınlardan ibarət ikinci millimiz isə İtaliya ilə kimin güclü olmasına aydınlıq gətirəcək. Nəhayət üçüncü xanım yığmamızın rəqibi braziliyalı həmcinsləri olacaq.

 

 

Olimpiada – 2016

IV tur

Kişilər

 

Rumıniya – Azərbaycan-1

Azərbaycan-2 – İBCA

Azərbaycan-3 – Türkmənistan

 

Turnir cədvəli: 1.Rusiya, 2.Azərbaycan-1, 3.Kuba – 6 xal, 33.Azərbaycan-2 - 4 xal, 59.Azərbaycan-3 - 4 xal.

 

 

Qadınlar

 

Azərbaycan-1 – Rumıniya

İtaliya – Azərbaycan-2

Azərbaycan-3 – Braziliya

 

Turnir cədvəli: 1.Rusiya, 2.Fransa, 3.Hindistan- 6 xal, 12.Azərbaycan-1 - 6 xal, 19. Azərbaycan -2 - 5 xal, 33. Azərbaycan -3 - 4 xal.

0