[b]“Olimpiadaları müqayisə edə bilmərəm” - sabiq dünya çempionu[/b]
07.09.2016 - 17:10
[b]“Olimpiadaları müqayisə edə bilmərəm” - sabiq dünya çempionu[/b]

“2010-cu ildən şahmat olimpiadalarının iştirakçısıyam. Bu, artıq 4-cü belə yarışımdı”.  Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin şahmatçısı Mariya Muzıçuk deyib.

 

Şahmat tarixinə 15-ci dünya çempionu (2015-2016) kimi düşən 24 yaşlı qrossmeyster Bakıda təşkil olunan Olimpiada haqda fikirlərini açıqlayıb: “Bütün turnirləri tam xatırlaya bilmədiyimdən onları müqayisə edə, hansının daha yaxşı olduğunu deyə bilmərəm.  Amma Bakı-2016 haqda onu deyə bilərəm ki, Olimpiada çox yüksək səviyyədə təşkil olunub. Bakıda olmağıma çox şadam”.

0