[b]ŞOK: Azərbaycanlı hakimlərə ömürlük cəza: Bukmekerlərə işləyirmiş![/b]
20.09.2016 - 11:40
[b]ŞOK: Azərbaycanlı hakimlərə ömürlük cəza: Bukmekerlərə işləyirmiş![/b]

Beynəlxalq Tennis Federasiyası (İTF) 2 azərbaycanlı hakimi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, İTF vəzifəsindən sui-istifadə etdiyi üçün Şirzad Həsənov və Arxip Molotyaqini ömürlük hakimlikdən uzaqlaşdırıb.

 

İTF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna təmsilçilərimizin “Fyuçers” seriyalı turnirlərdəki hərəkətləri səbəb olub.

 

Hakimlərimiz təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.

 

Hakimlərin dəfələrlə bu fırıldaqdan yararlandığı da bildirilir. 

0