[b]Ənənə davam etsə, “Qəbələ” qalib gələcək[/b]
24.09.2016 - 14:01
[b]Ənənə davam etsə, “Qəbələ” qalib gələcək[/b]

Topaz Premyer Liqasının VI turunda “Zirə” “Qəbələ”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu, yüksək dəstədə ötən il debüt edən paytaxt klubu ilə bölgə təmsilçisinin yubiley – 5-ci qarşılaşması olacaq.

 

Daha öncə baş tutan 4 oyunda “Zirə” iki, “Qəbələ” isə bir matçda 3 xala sevinib. Bir görüş isə bərabərliklə başa çatıb. Qələbə hesabından fərqli olaraq, top fərqində qonaqlar öndədi – 4:3.

 

İki komanda arasındakı son qarşılaşmalarda maraqlı məqam diqqət çəkir. Belə ki, sonuncu iki oyunda qonaqlar qələbəyə seviniblər.

 

Bu il martın 13-də Qəbələdə keçirilmiş oyunda “Zirə” (2:1), mayın 7-də Zirədə keçirilmiş oyunda isə “Qəbələ” (3:0) qələbəyə sevinib.

0