[b]Polina Rəhimova Yaponiyada yeniliklə üz-üzə - FOTO[/b]
26.09.2016 - 10:33
[b]Polina Rəhimova Yaponiyada yeniliklə üz-üzə - FOTO[/b]

Yaponiyanın “Toyota” voleybol klubu 2016/2017 mövsümünə yeni forma ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu Kariya təmsilçisi yeni geyimini ictimaiyyətə təqdim edib.

 

Təmsilçimizin də iştirak etdiyi fotosessiyada bildirilib ki, komanda ev oyunlarını göy, səfər matçlarını ağ geyimdə keçirəcək. Şəkillərdə komanda yoldaşlarından hündür olmağı ilə seçilən Polina üçün xüsusi şüar da qaldırılıb: “Welcome to Yapan!”.

 

Qeyd edək ki, Rəhimova ötən ili də “Toyota”da çıxış edib. 

0