[b]Dövrənin son turu: Qəbələdə zirvə savaşı[/b]
29.09.2016 - 12:10
[b]Dövrənin son turu: Qəbələdə zirvə savaşı[/b]

Sabah Topaz Premyer Liqasında VII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, I dövrənin oyunları 3 gün davam edəcək.

 

Turun ilk qarşılaşması paytaxt təmsilçiləri arasında keçiriləcək. Ötən mövsümün gümüş mükafatçısı “Zirə” “İnter”in qonağı olacaq. Liderlər qrupunda qərarlaşan Zaur Svanadzenin yetirmələri ən azı bir günlük liderliyi ələ keçirmək üçün qalib gəlməlidi. Məğlubiyyətsiz irəliləyən “bankirlər” 7 matçlıq seriyanı davam etdirməklə yanaşı, ardıcıl qələbə sayını da 4-ə çatdırmaqda iddialıdı. Son 3 matçda qola da, xala da həsrət qalan zirəlilər isə istefası gündəmdə olan Adil Şükürovu postunda saxlamaq üçün uğurlu nəticə qazanmağa borcludu. Əks halda isə qəsəbə təmsilçisi çalışdırıcısını itirə bilər.

 

İkinci oyun günündə turnir cədvəlində liderlərdən uzaq düşən komandalar meydana çıxacaq. Çempionatın autsayderi AZAL “Sumqayıt”la səfər oyununda qələbəsizliyə son qoymağa çalışacaq. “Təyyarəçilər” 10 oyunluq seriyanı qırsa, son pilləni ölkənin ən titullu klubu “Neftçi”yə təhvil verəcək. Sumqayıtlılar isə 4-cü pillədəki mövqeyini qorumaq üçün turu itkisiz başa vurmalıdı.

 

Azərbaycanın iki ən köklü klubu “Neftçi” və “Kəpəz” isə Bakıda üz-üzə gələcək. 5 oyundu qələbə nə olduğunu bilməyən qərblilər uğursuzluğa son qoymaqla, Sumqayıtdakı görüşün nəticəsindən asılı olaraq, irəliləyə də bilər. “Neftçi” isə 5 məğlubiyyətdən ibarət antirekord seriyasını qırmaqla son pilləyə qurtulmaq təhlükəsindən qaçmalıdı. Elxan Abdullayevin baş məşqçi vəzifəsinə gəlməsindən sonra xal qazanmayan paytaxt futbolçuları “qara zolaq”dan çıxmaq üçün əzəli rəqibini keçməlidi.

 

Tura, həm də I dövrəyə mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa əsas namizədlər, Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” sonuncuların meydanında qarşılaşacaq. Ağdam klubunun 3 mövsümlük çempionluq ənənəsini qırmaqda iddialı olan Roman Qriqorçukun yetirmələri ev oyununa seriyalarını davam etdirmək üçün çıxacaq.

 

8 oyundu uduzmayan və qol buraxmayan “qırmızı-qaralar” son 4 turda xal da itirməyib. “Qarabağ” isə 23 matçlıq qollu seriyasını səfərdə davam etdirməyə iddialıdı. Bu gün baş tutacaq ağır avrokubok matçlarından sonra keçiriləcək iddialıların dueli dövrənin qalibinin adına aydınlıq gətirməlidi. Düzdü, bu matçın nəticəsi “İnter”in fasiləyə 1-ci yollanması ilə nəticələnə bilər. Bunun üçün “bankirlər” qələbə qazanmalı, Qəbələdə isə qonaqlar 3 xal əldə etməlidi. “Qırmızı-qaralar” isə 1 xalla da zirvədə qalacaq. Ağdamlıların liderliyi ələ keçirməsi isə təkcə öz qələbələrindən deyil, “İnter”in büdrəməsindən də asılıdı.

 

Qeyd edək ki, həftəsonu baş tutacaq oyunlardan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq.

 

Topaz Premyer Liqası

VII tur


30 sentyabr (cümə)

15:00. “İnter” – “Zirə”
“İnter Arena”

 

1 oktyabr (şənbə)

17:00. “Sumqayıt” – AZAL
Sumqayıt şəhər stadionu

 

19:00. “Neftçi” – “Kəpəz”
“Əlincə Arena”

2 oktyabr (bazar)

19:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

 

1

Qəbələ

6

5

1

0

17-0

16

2

İnter

6

4

2

0

11-6

14

3

Qarabağ

6

4

1

1

15-3

13

4

Sumqayıt

6

2

1

3

5-8

7

5

Kəpəz

6

1

4

1

6-6

7

6

Zirə

6

2

0

4

4-8

6

7

Neftçi

6

1

0

5

4-16

3

8

AZAL

6

0

1

5

2-17

1

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.

0