[b]17-ci duel[/b]
29.09.2016 - 17:18
[b]17-ci duel[/b]

Azərbaycan və İtaliya komandaları UEFA turnirlərində 17-ci duelə çıxacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Fiorentina” – “Qarabağ” matçınadək iki ölkə təmsilçiləri 16 duelə çıxıblar.

 

Bu matçlarda komandalarımız qələbəyə həsrət qalıb. Cəmi 3 heç-heçəsi olan təmsilçilərimiz 13 dəfə uduzublar. 7 top vuran komandalarımız 41 top buraxıblar.

 

Qeyd edək ki, Azərbaycan və İtaliya komandaları 4 dəfə klub, 12 dəfə yığma səviyyəsində görüşüb.

 

Əsas yığma

7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
11 oktyabr 2003. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan - 4:0
10 oktaybr 2014. Palermo. AÇ. İtaliya – Azərbaycan - 2:1

10 oktyabr 2015. Bakı. AÇ. Azərbaycan – İtaliya - 1:3

Avropa Liqası

4 oktyabr 2012. “Neftçi” – “İnter” (İtaliya) - 1:3

06 dekabr 2012. “İnter” (İtaliya) – “Neftçi” - 2:2

2 oktyabr 2014. “İnter” (İtaliya) – “Qarabağ” - 2:0

11 dekabr 2014. “Qarabağ” – “İnter” (İtaliya) - 0:0

U-21

06.09.2002. Azərbaycan – İtaliya - 0:3

10.10.2003. İtaliya – Azərbaycan - 6:0

16.11.2007. İtaliya - Azərbaycan - 5:0

25.03.2008. Azərbaycan – İtaliya - 0:2

U-19

11.10.2011. Azərbaycan - İtaliya 1:2 (İsveçdə keçirilib)

U-17

28.03.2002. Azərbaycan - İtaliya - 0:2 (Belçikada keçirilib)

U-16

04.03.1997. İtaliya – Azərbaycan - 0:0

U-17 (qızlar)

07.10.2008. İtaliya – Azərbaycan - 3:1

 

 

 

 

0