[b]Əliyar Ağayev 3 “sarı” verib, 4 qola şahidlik etdi[/b]
30.09.2016 - 01:26
[b]Əliyar Ağayev 3 “sarı” verib, 4 qola şahidlik etdi[/b]

Avropa Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadasının idarə etdiyi “Roma” - “Astra” oyununda meydan sahibləri böyük hesablı qələbə qazanıb - 4:0.

 

Romalıların heyətində Strutman, Fazio və Salah fərqlənib. Bir qolu isə Fabrisio öz qapısına vurub.

 

Ağayev oyunda 3 dəfə əlini cibinə atmalı olub. Həmyerlimiz 2 dəfə qonaqların, 1 dəfə isə meydan sahiblərinin futbolçusuna sarı vərəqə göstərib.

 

FİFA referimiz matçın 30-cu dəqiqəsində meydan sahiblərinin kapitanı Françesko Tottini cəzalandırıb.

0