[b]WADA 2017-ci il üçün qadağan olunmuş preparatların siyahısını dərc edib[/b]
30.09.2016 - 09:21
[b]WADA 2017-ci il üçün qadağan olunmuş preparatların siyahısını dərc edib[/b]

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə  idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.    

 

WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş siyahı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.     

 

WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.  

0