[b]UEFA prezidenti: Azərbaycanda infrastruktur mükəmməldi[/b]
30.09.2016 - 12:53
[b]UEFA prezidenti: Azərbaycanda infrastruktur mükəmməldi[/b]

“Azərbaycanda infrastruktur mükəmməl və çox yüksək səviyyədədir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin deyib.

 

Azərbaycanda təşkilatçılıq işlərindən məmnunluğunu bildirən UEFA prezidenti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb.

0