[b]“Liverpul” çempionluq uğrunda oynaya bilər”[/b]
30.09.2016 - 15:37
[b]“Liverpul” çempionluq uğrunda oynaya bilər”[/b]

“Liverpul” bu mövsüm İngiltərə çempionluğu uğrunda mübarizə apara bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz deyib.

 

İngiltərə millisinin keçmiş üzvü yerli mətbuata açıqlamasında Premyer Liqa ilə bağlı danışıb. O bildirib ki, “Liverpul” cari mövsümdə çempionluq uğrunda mübarizə aparacaq gücdədi. Lakin Skoulz “qırmızılar”ın istəklərinə çatmayacağını qeyd edib: “Mançester Yunayted”in “Enfild Roud”a səfəri asan keçməyəcək. Məncə, “mankunianlar” heç-heçəyə imza ata bilərlər. Düzdü, “Liverpul”un müdafiədə problemləri var, amma onların hücum xətti istənilən rəqibi cəzalandırmaq gücdədi. “Liverpul” çempionluq uğrunda oynaya bilər. Amma mənə elə gəlir ki, qızıl medallar onlara qismət olmayacaq”.

0