[b] “Onlar belə davranmalı deyildilər” – Zaur Svanadze[/b]
30.09.2016 - 17:09
[b] “Onlar belə davranmalı deyildilər” – Zaur Svanadze[/b]

“Birinci hissədə oyuna nəzarəti biz edirdik. Fasilədən sonra isə işlərimiz bir qədər yaxşı getmədi. Rəqib təzyiqi gücləndirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Zirə”ni qəbul edən “bankirlər” 1:1 hesablı heç-heçəyə razılaşıblar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında “İnter”in gürcüstanlı çalışdırıcısı bunları deyib: “Bəzi futbolçularımız sıradan çıxdılar. Bunun da nəticəsində qol buraxdıq. Bir xal qazandıq. Gələcək oyunlara köklənəcəyik. Ümid edirəm ki, zədəlilər tezliklə sıraya qayıdacaqlar”.

 

- Adi oyun olsa da, futbolçular bir qədər aqressiv görünürdülər. Sanki çempionluq matçına çıxmışdılar. Buna səbəb nə idi?

- Düz deyirsiz. Onlar belə davranmalı deyildilər. Bu, futboldu. Məncə, şişirdiləsi bir şey yox idi. Yəqin ki, qolun son dəqiqələrdə buraxılması onlara təsir etdi. Ancaq futbol gözlənilməzlikləri ilə gözəldi. Bu oyuna İlkin Qırtımov zədəylə çıxmışdı. Zədəlilərin olmasına baxmayaraq, geridə oturmaq istəmirdik.

 

- Bəzi epizodlarda Rauf Əliyev və Nizami Hacıyev etirazlarını söyüşlə bildirirdilər...

- Bu, sadəcə son dəqiqələrdə buraxılan qolun təsirindən idi.

 

- Qarşıdan fasilə gəlir. Bundan necə yararlanmağı düşünürsüz?

- Fasilədə Bakıda məşq edəcəyik. Bir rəqiblə yoxlama oyununda qüvvəmizi sınamaq istəyirik. Hələ rəqibi müəyyənləşdirməmişik.

0