[b]Şəhriyar Məmmədyarovdan növbəti xal itkisi[/b]
30.09.2016 - 22:55
[b]Şəhriyar Məmmədyarovdan növbəti xal itkisi[/b]

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov dördüncü oyununa çıxıb.

 

Qrosmeysterimiz rusiyalı Yevgeni Tomaşevski ilə üz-üzə gəlib.

 

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər 83-cü gedişdə bərabərliyə razılaşaraq xalları yarı bölüblər.

 

Qeyd edək ki, 4 oyundan sonra aktivində 2 xal olan “Şah” 4-7-ci yerləri bölüşür. Lider isə 3.5 xalla Aniş Qiridir. 

0