[b]Teymur Rəcəbov İspaniya çempionu oldu[/b]
04.10.2016 - 09:32
[b]Teymur Rəcəbov İspaniya çempionu oldu[/b]

İspaniyada şahmat üzrə klublararası ölkə çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, 8 komandanın iştirak etdiyi yarışın qalibi azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun heyətində yer aldığı “Sestao Fundasion” olub.

 

Həmyerlimizin klubu 7 tura 13 xal toplayıb. Son aylar formada olmayan Rəcəbov komandasına çıxış etdiyi I lövhədə 2 xal qazandırıb. “Sestao Fundasion” isə ən yaxın izləyicisi “Merida Patrimonio de la Humanidad”ı 4 xal qabaqlayıb.

 

 

0