[b]“İnter” – “Qəbələ” matçının hakimi I diviziona göndərildi[/b]
19.10.2016 - 18:04
[b]“İnter” – “Qəbələ” matçının hakimi I diviziona göndərildi[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda VII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yenə bir neçə elita hakimi aşağı liqaya təyinat alıb.

 

Bunlar Ramil Diniyev, Ömər Paşayev, İnqilab Məmmədov və Rəvan Həmzəzadədi. Xüsusən də, Topaz Premyer Liqasının VIII turunun “İnter” – “Qəbələ” oyununda ədaləti qorumuş Rəvan Həmzəzadənin “Səbail” – “Ağsu” görüşünə təyinat alması diqqət çəkib.
 

 

I Divizion

VII tur

 

20 oktyabr (cümə axşamı)

14:00. “Mil-Muğan” – “Şəmkir”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Zöhrab Qədiyev
Heydər Əliyev adına İmişli şəhər stadionu

14:00. MOİK – “Zaqatala”
Hakimlər: Ömər Paşayev, Rahil Ramazanov, Eyyub İbrahimov, Yusif Hüseynov
Hakim-inspektor: Samir Kərəmov
“Bayıl Arena”


21 oktyabr (cümə)

13:00. “Bakılı” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Elgün Adıgözəlli, Emin Nağıbəyov
Hakim-inspektor: Akif Əliyev
“İnter Arena”, 4-cü meydança

14:00. “Qaradağ Lökbatan” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Hüseyn Əsgərov, Rövşən Rəcəbov
Hakim-inspektor: Şakir Əmrahov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Göyəzən” – “Şahdağ”
Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Vahid Hüseynov
Qazax şəhər stadionu

14:00. “Energetik” – “Şərurspor”
Hakimlər: Nail Nağıyev, Tural Bayramov, Məmmədəli Kərimov, Anar Göyçayski
Hakim-inspektor: Əvəz Şıxıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

19:00. “Səbail” – “Ağsu”
Hakimlər: Rəvan Həmzəzadə, Roman Vasilyev, Aleksandr Musatkin, Xəlil Xəlilov
Hakim-inspektor: Rüfət Hüseynov
“Bayıl Arena”

0